ABŞ donanmasından İran gəmilərinə xəbərdarlıq atəşi açıldı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ donanmasına aid bir gəmidən Hörmüz boğazında sürətlə hərəkət edən İran İnqilab Keşikçilərinə aid dörd gəmiyə üç dəfə xəbərdarlıq atəşi açılıb.


Bu barədə ABŞ rəsmiləri məlumat verib.


Adlarının gizli saxlanılmasını istəyən ABŞ-lı rəsmilər ABŞ donanmasına məxsus USS Mahanın İran gəmiləri radiostansiya əlaqəsi qurduğunu, ancaq gəmilərin hərəkətini yavaşlatmadığını bildirib.


USS Mahandan siqnal fişəngi, bir ABŞ vertolyotdundan isə tüstü ilə işarə edildiyini bildirən rəsmilər İran gəmilərinin USS Mahan və onu müşayiət edən gəmilərə 800 metr qədər yaxınlaşdığını qeyd edib.


ABŞ rəsmiləri bundan sonra İran gəmilərinə üç dəfə xəbərdarlıq atəşi açıldığını açıqlayıb.




Mənbə: Reuters Oxunub: 267 dəfə; Tarix: 2017-01-09 17:56:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında