"Nusra Cəbhəsi"nin hücumu ordu tərəfindən dəf edildi


Eastnews.org-un verdiyi xəbərə görə, "Nusra Cəbhəsi" terrorçuları dünən axşam saatlarında Həmada yerləşən Sələmiyə şəhərinin qərbində ordu mövqelərinə genişmiqyaslı hücum başladıb.


Xunayfis, ər-Ramliyə, əs-Sultaniyə qəsəbələri və ətrafdakı nəzarət məntəqələrinə hücum başladan terrorçular ilk saatlarda kiçik bir nəzarət məntəqəsini ələ keçirib.


Gecə boyu davam edən hücumlarda ordu qarşısında daha çox irəliləmə qeyd edə bilməyən terrorçular səhər saatlarına doğru geri çəkilmək məcburiyyətində qalıb.


Sələmiyə şəhərindən ordu mövqelərinə dəstək olaraq gələn Milli Müdafiə Qüvvələri isə gecə saatlarında itirilən nəzarət məntəqəsini yenidən almaq üçün əks hücuma keçib. Bölgədə qarşıdurmalar davam edir.




Mənbə: AMN Oxunub: 143 dəfə; Tarix: 2017-01-09 16:58:47
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında