Daha bir terror hücumu; 9 ölü, 10 yaralı


Eastnews.org-un verdiyi xəbərə görə, Misirin Sinay yarımadasının şimalında polis nəzarət məntəqəsinə terror hücum təşkil olunub.


Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, bu gün səhər Ariş şəhərinin Məsaid bölgəsindəki polis nəzarət məntəqəsinə partlayıcı ilə yüklənmiş avtomobillə edilən hücumda 4-ü mülki vətəndaş olmaqla 9 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.


Nəzarət məntəqəsi yaxınlığındakı binada dağıntı meydana gəldiyi və şiddətli partlayışın şəhərdə təlaşa səbəb olduğu bildirilib.


Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlama verilməyib. Hücumların məsuliyyətini hələ üzərinə götürən olmayıb.


Misir ordusu şənbə günü Sinay yarımadasındakı silahlı qruplara qarşı əməliyyat keçirib.




Mənbə: Sputnik Oxunub: 193 dəfə; Tarix: 2017-01-09 15:46:26
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında