Cenevrədə Kipr müzakirələri başladı


Eastnews.org-un verdiyi xəbərə görə, Kipr probleminə həll tapmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında davam etdirilən müzakirələr liderlər Mustafa Akıncı və Nikos Anastasiadisin iştirakı ilə BMT-nin İsveçrədəki Cenevrə Ofisində başlayıb.


Mətbuat nümayəndələrinin fotolar çəkməsindən sonra liderlər 3 gün davam edəcək müzakirələrə keçib. Müzakirələrin ilk günündə mülkiyyət, sonra rəhbərlik və güc bölgüsü məsələləri müzakirə olunacaq. Təhlükəsizlik və zəmanətlərlə bağlı fikir mübadiləsi aparılacaq.


Müzakirələrdə tərəflərin 11 yanvarda öz xəritələrini təqdim etməsi gözlənilir. Müzakirələrdən sonra 12 yanvarda təminatçı ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcək. Konfransda BMT Təhlükəsizlik Şurası üzvləri ilə ehtiyac duyulacağı halda digər maraqlı tərəflərin nümayəndələrinin də iştirakı gözlənilir.


Kipr danışıqları İqtisadiyyat, Avropa İttifaqı, Mülkiyyət, Rəhbərlik-Güc Bölgüsü, Torpaq ilə Təhlükəsizlik və Zəmanətlər olmaq üzrə 6 əsas müddəadan ibarətdir.




Mənbə: AA Oxunub: 101 dəfə; Tarix: 2017-01-09 15:17:22
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında