Ayətullah Xamenei: "Düşməni məğlub etmək üçün proqram qurmalıyıq" - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, 9 yanvar 1978-ci il qiyamı (19 dey 1365) münasibətilə Qum şəhərindən minlərlə insan bu səhər İranın Ali Dini lideri Ayətullah Xamenei ilə bir araya gəlib.


İmam Xameneinin çıxışından önəmli sitatlar bunlardır:


-Düşmən milli hökuməti məhv etmək və ölkənin nüfuzunun təzahürü olan qurumlara hücum etmək istəyir.


-Mənim məhkəmədə baş verən son mübahisələrlə işim yoxdur. Bu mübahisələr Allahın izni ilə başa çatacaq. Amma müstəqil və cəsarətli bir düşüncənin varlığından dolayı hər kəsə təşəkkür etmək lazımdır.


-Düşməni hədəflərində müvəffəqiyyətsiz etmək üçün avtoritar mühakiməyə və cəsur hökumətə sahib olmaq üçün proqram tərtib etməli və bunları gücləndirməliyik.


-Bu gün İngiltərə dairələri bölgə və İran üçün planlar qurur. Planlarından biri region ölkələrini parçalamaqdır. Onlar İraq, Suriya və Liviya dövrünün bağlandığını deyirlər. İranın adını çəkə bilmirlər, çünki İran ictimaiyyətindən qorxurlar. Məhəmməd Rza "Məndən sonra İran bölünmüş bir İran olacaq", - dediyi kimi onlar da eyni bunu istəyirlər.


-Düşmən dediyimiz zaman bu ifadə bir şüar deyil. Amerika xarici işlər naziri məktublarında bir sonrakı hökumətə bu tövsiyələri verir: "Əlinizdən gəldiyi qədər İrana çətinlik yaradın və sanksiyaları davam etdirin. Çətinlik çıxararaq və çətin vəziyyətdə saxlayaraq İrana qarşı artım əldə edilə bilər və belə də olub". İndidən oturub Nüvə Müqaviləsindən sonrakı dövr üçün necə məhdudiyyətlər gətirəcəklərini düşünürlər. Nüvə Müqaviləsinin 10-12 il davam edəcəyini zənn edirlər.


-Nüfuzu təmin edən amillərdən biri, iqtisadi inkişaf və iqtisadi problemlərin həll edilməsidir. Düşmənin sanksiyalardan məqsədi xalqı sistemdən uzaqlaşdırmaq və xalqı problemlərə, işsizliyə və durğunluğa salmaqdır. Sözdə qaldırdıqları sanksiyaları da problemləri azaltmayacaq şəkildə qaldırırlar. Bizim məqsədimiz, güclü, inkişaf etmiş və qərarlı bir iqtisadiyyata sahib olmaqdır, yəni müqavimət iqtisadiyyatına.


Ayətullah Xamenei çıxışının davamında əsl düşmənlərin ABŞ, İngiltərə və İsrail olduğunu qeyd edərək, narazılıq, məyusluq, tənbəllik, yanlış siyasətlər və pis davranışlar kimi halların isə daxili düşmənlər olduğunu bildirib.


Ali Dini lider Ayətullah Xamenei millətin bütün təbəqələrinin düşməni yaxşı tanımalı olduğuna toxunaraq, "Düşmənin əsl məqsədi İran milləti və İslami quruluşdur", - deyə vurğulayıb.


Ayətullah Xamnei 5 iyun üsyanında İslam İnqilabına və Müqəddəs Müdafiə Dövrünə təsirinə işarə edərək, bunları deyib: "Başda gənclər olmaqla millətin dini inancını ortadan qaldırmaq istəyirlər. Bu səbəbdən bu gücləndirici amili qoruyub saxlamalıyıq".


Ayətullah Xamenei elm, iqtisadi inkişaf, beynəlxalq münasibətlərdə milli ləyaqətin qorunması və təzyiqlərin qarşısında boyun əyməməyin ölkənin gücləndirici amilləri olduğunu bildirib.


İslam İnqilabı Rəhbəri düşmənin milli hakimiyyəti aradan qaldırmağa çalışdığını söyləyərək, düşmənin ölkənin hakimiyyətini təmsil edən orqanları hədəfə aldığını bildirib.




Mənbə: Türk mediası Oxunub: 126 dəfə; Tarix: 2017-01-09 15:28:47
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında