ABŞ-dan Şimali Koreyayla bağlı açıqlama


Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Eşton Karter Şimali Koreyanın nüvə silahı tutumu və balistik raket əleyhinə müdafiə proqramlarının ölkəsi üçün ciddi bir təhdid olduğunu bildirib.


ABŞ-ı hədəf alacaq raketi vurmağa hazır olduqlarını qeyd edən Karter bu vəziyyətin müttəfiqləri üçün də keçərli olduğunu qeyd edib.


NBC televiziyasına müsahibə verən Karter hər cür tədbirin görüldüyünü vurğulayıb:


"Nüvə silahları və balistik raket əleyhinə müdafiə sistemləri bizim üçün çox ciddi bir təhdiddir. Onlardan bir addım öndə olmağa cəhd edirik və öndəyik də. Koreya adasını, oradakı müttəfiqlərimizi və maraqlarımızı da müdafiə etməyə hazırıq"


Bu arada Şimali Koreya rəhbərliyindən bildiriblər ki, dövlət başçısı Kim Çen İn tərəfindən müəyyən olunacaq hər hansı bir yer və zamanda qitələrarası balistik raket sınağı keçiriləcək.


Pxenyan rəhbərliyi, həmçinin raket sınağının ABŞ-ın düşmənçilik siyasətinin nəticəsi olduğunu bildirib.




Mənbə: NBC, Euronews Oxunub: 344 dəfə; Tarix: 2017-01-09 12:46:36
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında