Qüdsdə yük maşını ilə hücum; 4 İsrail əsgəri öldü - Foto/Video


Eastnews.org-un verdiyi xəbərə görə, Qüdsdə ötən gün yük maşını ilə təşkil olunan hücumda 4 İsrail əsgəri ölüb, 14 nəfər yaralanıb


İsrail Radiosuna danışan bir polis rəsmisi hadisənin terror aktı olduğunu bildirib. Xəbərə görə, yük maşının sürücüsü hadisə yerində vuruldu.


Polis rəsmisi ölənlərin 3-nün qadın, 1-nin kişi olduğunu bildirib. Polis həyatını itirənlərin 20 yaşlarda olduğunu da qeyd edib.


Baş nazir Binyamin Netanyahu "Hücumu törədən şəxsinn kimliyini və yaşadığı yeri müəyyən etmişik. Bütün göstəricilər İŞİD-ə işarə edir. Fələstində yaşadığı Cəbəl Mukabər bölgəsini də nəzarət altına aldıq. Başqa tədnirlər də görürük", - sözlərini dilə gətirib.


İsrailli polis rəsmisi Luba Samri Qüdsdə yük maşınını əsgərlərin üstünə sürərək, onlardan 4 nəfərini öldürən Fadi Kunbarın Şərqi Qüdsdəki Cəbəl Mukabər məhəlləsindən olduğunu açıqlayıb və 5-i Kunbarın ailəsindən olmaq üzrə 9 adamın nəzarətə götürüldüyünü bildirib.


Fələstinli müqavimət qrupları HƏMAS, "İslami Cihad", "Əqsa Şəhidləri Briqadası" və "Fələstin Xalq Cəbhəsi" işğal altındakı Şərqi Qüdsün cənubunda 4 İsrail əsgərlərinin ölümünə yol açan hücumu təbrik edən bəyanatlar verib.






Mənbə: Sputnik Oxunub: 187 dəfə; Tarix: 2017-01-09 10:15:17
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında