Türkiyədə İŞİD-ə qarşı əməliyyat; 4 çeçen həbs olundu


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Mersin bölgəsinin Tarsus rayonunda İŞİD-ə qoşulmaq üçün Suriyaya getməyə çalışdığı irəli sürülən 4 çeçen əsilli şəxs həbs olunub.


Rayon Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin briqadaları 4 çeçen əsilli şəxsin İŞİD-ə qoşulmaqdan ötrü Suriyaya getmək üçün Tarsusdan Hataya keçəcəyi barədə məlumat əldə edib.


Rayonda keçirilən əməliyyatda Mənsur Hatti, Əhməd Rafia, Fuad Ələnmar və Hüseyn Amad saxlanılıb. Şübhəlilərin üzərində Türkiyədə yaşayan suriyalılara verilən müvəqqəti şəxsiyyət vəsiqələrinin saxtası aşkar olunub.


Polisdəki əməliyyatları tamamlanan şübhəlilər haqqında məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.




Mənbə: Sputnik Oxunub: 177 dəfə; Tarix: 2017-01-07 12:14:17
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında