Baş nazir əsgərlərin Başikadan çıxarılacağı barədə açıqlama verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Türkiyədəki səfiri Hişam əl-Ələvi türk əsgərlərin İraqdan çıxarılması üçün Bağdadda görüşlərin keçiriləcəyini açıqlayıb.


Hişam əl-Ələvi bildirib ki, Türkiyə baş naziri Binəli Yıldırımın rəhbərlik edəcəyi nümayəndə heyəti bu gün İraqın paytaxtı Bağdada səfər edəcək.


"Türkiyədən gələn nümayəndə heyəti bu gün İraq rəsmiləri ilə türk əsgərlərinin Başikadan çıxarılması ilə bağlı razılaşma əldə edəcək", deyə Hişam əl-Ələvi bildirib.


Səfir qeyd edib ki, Binəli Yıldırım İraqın ərazi bütövlüyünü təsdiqləyir, hörmətlə yanaşır və əsgərlərin çıxarılacağını bəyan edir.




Mənbə: YDH Oxunub: 163 dəfə; Tarix: 2017-01-07 12:03:49
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında