Polis 18 nəfərin izinə düşdü


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin İzmir şəhərində məhkəmə binası qarşısında törədilən terror aktı ilə bağlı 18 nəfər barədə axtarışlar başladılıb.


Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. 


O, terrorçuların kimliklərinin artıq məlum olduğunu deyib. 


Nazir bildirib ki, bütün dəlillər terror aktının təlimatını PKK-nın verdiyini göstərir. 


Bəkir Bozdağ hadisədə yaralanan 9 nəfərdən 2-nin evə buraxıldığını deyib. Digərlərinin müalicəsi isə davam etdirilir.


Qeyd edək ki, terrorçuların qarşısının alınması zamanı baş verən atışmada bir polis və bir ədliyyə işçisi  həlak olub. Atışmada iki terrorçu öldürülüb.




Mənbə: CNN Oxunub: 106 dəfə; Tarix: 2017-01-07 10:20:57
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında