Quantanamodan 4 məhbus Səudiyyə Ərəbistanına göndərildi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi Quantanamodan daha 4 məhbusun Səudiyyə Ərəbistanına göndərilməsi ilə həbsxanadakı məhbus sayının 55-ə düşdüyünü açıqlayıb.


Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Yəmən vətəndaşları Səlim Əhməd Hadi ibn Kanad (40), Məhəmməd Rəcəb Sadiq Əbu Qanim (42), Məhəmməd Əli Abdullah Məhəmməd Buazir (37) və Səudiyyə Ərəbistanı vətəndaşı Abdulla Yəhya Yusif əl-Şiblinin (40) həbsxanadan göndərildiyi bildirilib.


Məhbusları qəbul etdiyi üçün ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanına təşəkkür etdiyi bildirilən açıqlamada məhbusların lazımi təhlükəsizlik və humanitar tədbirlər altında bu ölkəyə çatdırılacağı vurğulanıb.


ABŞ Prezidenti Barak Obamanın ən vacib vədlərindən biri Quantanamonu bağlamaq idi. Prezident seçildikdən bir neçə gün sonra imzaladığı fərmanla həbsxananın bir il ərzində bağlanması təlimatını verən Obama bu hədəfinə hələ çatmayıb.


 




Mənbə: AA Oxunub: 175 dəfə; Tarix: 2017-01-06 15:10:01
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında