Yağan qar Avropanı əsarəti altına alır


Eastnews.org-un verdiyi xəbərə görə, Avropanın bir sıra ölkələrində qarlı və şaxtalı hava hökm sürür.


Finlandiyanın şimalı olan Laplandiyada temperatur rekord həddə - mənfi 42 dərəcəyə enib.


Bosniyanın isə demək olar ki, bütün ərazisi qara bürünüb. Burada temperatur mənfi 26 dərəcəyə düşüb. Sinoptiklər regionda soyuq və qarlı havanın hələ 5 gün davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.


İtaliyada da oxşar mənzərədir. Qar ötən ilin yayında güclü zəlzələnin baş verdiyi bölgələrə yağıb. Zəlzələ zamanı evlərini itirən vətəndaşlar indi də güclü soyuqlarla mübarizə aparmaq məcburiyyətində qalıb.




Mənbə: Reuters Oxunub: 197 dəfə; Tarix: 2017-01-06 14:13:18
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında