Mossad qadın agentlər axtarır


Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu Mossad Kəşfiyyat Xidməti işə götürmək üçün qadın agentlər axtarır.


Mossad kəşfiyyat xidmətinin tarixində ilk dəfə xüsusən qadınları işə götürməyə yönəlik bir proqram başlayıb.


İsrailin beynəlxalq kəşfiyyat təşkilatının yerli qəzetlərə verdiyi elanda "Güclü qadınlar axtarılır" sözləri yer alıb.


Mossad kəşfiyyat xidmətininin əməkdaşlarının hazırda 40 faizini qadınlar təşkil edir.


Kritik yüksək səviyyəli vəzifələrin 24 faizində də qadınlar yer alır.


Keçmiş Mossad kəşfiyyat xidmətinin direktoru Tamir Pardo qadınların daha yaxşı agentlər olduğunu söyləmişdi.


Mossad kəşfiyyat xidmətininin saytında yer alan elanda isə "Əhəmiyyətli olan nə etdiyin deyil, kim olduğun" sözləri qeyd edilib.


İsrailin kəşfiyyat təşkilatının beynəlxalq qanadı 1949-cu ildə yaradılıb.


Mossad kəşfiyyat xidməti tarixindəki amansız cinayətlərlə də günahlandırılır.




Mənbə: BBC Oxunub: 157 dəfə; Tarix: 2017-01-06 12:48:29
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında