Sudanda silahlı qarşıdurma; 7 ölü


Eastnews.org-un verdiyi xəbərə görə, Sudanın qərbindəki Darfur bölgəsində "iri buynuzlu heyvan oğurluğu" səbəbiylə meydana gələn qarşıdurmada 7 adamın öldüyü, 11 adamın yaralandığı açıqlanıb.


Qərbi Darfur qubernatoru Fadl əl-Mövla əl-Həca verdiyi yazılı açıqlamada əl-Cəninə şəhərində iti buynuzlu heyvanları oğurlayan rayon sakinləri ilə şübhəli bir qrup arasında yaşanan mübahisənin böyüyərək silahlı qarşıdurmaya çevrildiyini bildirib.


Həca qarşıdurmada 7 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını qeyd edib. Bu arada, Cəbrayıl İbrahimin rəhbərlik etdiyi hökumət əleyhinə "Ədalət və Bərabərlik Hərəkatı" hadisəyə görə höküməti günahlandırıb.


Hökumətin münaqişənin səbəbkarı olduğu iddia edilən açıqlamada "Bu, rejimin qüvvələri vasitəsilə apardığı qeyri-insani bir hərəkətdir", - deyə bildirilib.


Sudanın Darfur bölgəsində "Ədalət və Bərabərlik Hərəkatı", "Sudan Qurtuluş Hərəkatı" və "Sudan Xalq Qurtuluş Ordusu" hərəkatlarını özündə birləşdirən İnqilab Cəbhəs, 2003-ci ildən bu yana hökumətə qarşı vuruşur. Sudan Xalq Qurtuluş Hərəkatı-Şimal (SPLM-ın) təşkilatı isə 2011-ci ildən bu yana Cənubi Kordofan və Mavi Nil əyalətlərinin müstəqilliyi üçün silahlı mübarizə aparır.




Mənbə: AA Oxunub: 91 dəfə; Tarix: 2017-01-06 11:10:15
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında