Yunanıstanda tanınmış terrorçu qadın tutulub


Eastnews.org-un verdiyi xəbərə görə, Yunanıstanda tanınmış terrorçu "Pola" ləqəbli 48 yaşlı Panayota Rupa tutulub.

 

Ölkənin hüquq-mühafizə orqanları uzun müddət əvvəl onun barəsində axtarış elan edib.

 

Əldə olunan məlumata əsasən, "Pola" Yunanıstanın paytaxtı Afinanın cənubunda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayırmış.

 

O, Yunanıstanda fəaliyyət göstərən solyönlü “İnqilabi mübarizə” terrorçu qruplaşmasının fəal üzvlərindəndir. "Pola" həm də tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, əri ilə birlikdə bir sıra terror aktlarının törədilməsində iştirak edib. Onlar 2007-ci ildə ABŞ-ın Yunanıstandakı səfirliyinin binasını minaatanlardan atəşə tutublar. 2016-cı ildə isə Panayota Rupa ərini ələ keçirdikləri helikopterlə həbsxanadan qaçırılmasını təşkil etmək istəyib.  




Mənbə: Report Oxunub: 90 dəfə; Tarix: 2017-01-05 17:17:07
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında