İsrail qüvvələri 20 fələstinlini nəzarətə götürdü


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri dünən axşam Şufat Qaçqın Düşərgəsində baş verən qarşıdurmalar zamanı 20 fələstinlini nəzarətə götürüb.


Şufat Qaçqın Düşərgəsindəki Fəth səlahiyyətlisi Sair əl-Fəsfus onlarla İsrail əsgərinin düşərgəyə basqına cəhd etdiyini, lakin fələstinli gənclərin əsgərlərə qarşı müqavimət göstərdiyini və tərəflər arasında qarşıdurmaların yaşandığını bildirib.


İsrail qüvvələrinin evlərin arasına çox sayda gözyaşardıcı qaz bombası atdığı, bombalardan çıxan qazdan zərər çəkənlərin hadisə yerində müalicəsinin aparıldığı qeyd edilib.


İsrail qüvvələrinin düşərgə sakini olan gəncləri və piyadaları dayandırıb kimliklərini yoxladığı, 20 nəfəri nəzarətə götürüb düşərgə yaxınlığındakı bir hərbi mərkəzə apardığı diqqətə çatdırılıb.


Bu arada, Qüdsün şimal-şərqindəki Hızmada İsrail qüvvələriylə fələstinli gənclər arasında qarşıdurmaların yaşandığı, İsrail qüvvələrinin intensiv şəkildə səs bombası və rezin güllə istifadə etdiyi qeyd edilib.




Mənbə: FİM Oxunub: 117 dəfə; Tarix: 2017-01-05 17:25:50
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında