HƏMAS yeni qərar qəbul etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İslami Müqavimət Hərəkatı HƏMAS Fələstin Milli Şurası Hazırlıq Komitəsinin Livanın paytaxtı Beyrutda keçiriləcək iclaslarında iştirak etmək barədə qərar qəbul edib.


HƏMAS rəsmilərindən Əbdüllətif əl-Qanua HƏMAS-ın Hazırlıq Komitəsinin iclaslarına qatılacağını və iclaslarda Fələstin Milli Şurasının necə və harada toplanacağını danışılacağını bildirib.


HƏMAS liderlərindən Salah əl-Bərdəvil Fələstin Milli Şurasının sədri Səlim əz-Zanun ilə apardığı telefon danışıqlarından sonra Hazırlıq Komitəsinin iclaslarında iştirak etməyə qərar verdiklərini açıqlayıb.


Komitə iclaslarında Fələstin Milli Şurasının yenidən qurulmasının dərindən müzakirə olunacağını qeyd edən əl-Bərdəvil iclaslarda 7-ci şuranın davamının təmin olunmağa çalışılacağı halda Hazırlıq Komitəsindən çəkiləcəklərini bildirib.


Salah əl-Bərdəvil Hazırlıq Komitəsi iclaslarının Beyrutda keçiriləcəyini, lakin Fələstin Milli Şurasının toplaşacağı yerin kompromislə müəyyən olunacağını qeyd edib.


Fələstin Milli Şurasının sədri Səlim əz-Zanun Hazırlıq Komitəsi üzvlərinə yanvarın 10-11-də Beyrutda keçiriləcək toplantılar üçün yazılı dəvətnamələrin göndərildiyini açıqlamışdı.




Mənbə: FİM Oxunub: 151 dəfə; Tarix: 2017-01-05 16:30:04
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında