Fələstinli nazirin avtomobilinə İsrail əsgərləri tərəfindən atəş açıldı


Eastnews.org-un verdiyi xəbərə görə, Rami əl-Həmdullahın başçılıq etdiyi Rəmallah hökumətinin səhiyyə naziri Əsəd ər-Ramlavinin avtomobilinə İsrail qüvvələri tərəfindən atəş açılıb.


İsrail əsgərlərinin dünən axşam saatlarında Rəmallahdakı nazirlik binasından Beytlahimə qayıdan ər-Ramlavinin avtomobilinə atəş açdığı bildirilib.


Avtomobili səhiyyə nazirinin özünün sürdüyü və İsrail əsgərlərinin Rəmallah yaxınlığındakı ər-Ramda nəqliyyat vasitəsinə qəsdən atəş açdığı qeyd edilib.


Fələstin Səhiyyə Nazirliyi hadisədən sonra məsələ ilə bağlı yaydığı açıqlamada nazir Əsəd ər-Ramlavinin hücumdan xəsarət almadan xilas olduğunu və ön şüşəsi sınan nəqliyyat vasitəsində maddi ziyan meydana gəldiyini bildirib.




Mənbə: FİM Oxunub: 148 dəfə; Tarix: 2017-01-05 15:16:41
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında