"Fətullah Gülənin verdiyi tapşırıq ən gec 3 gün ərzində bütün dünyaya yayılır"


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə FETÖ qruplaşması istintaqı zamanı Qaynaq Holdinq ilə bağlı ələ keçən və etirafçı olan A.D adlı şəxs maraqlı ifadə verib.


"Bu gün ABŞ-da Fətullah Gülən tərəfindən verilən tapşırıq ən gec 3 gün ərzində bu qruplaşma hesabına bütün dünyaya yayılır" deyə etirafçı bildirib.


Şübhəli ifadəsində, 1982-ci ildə atasıyla baş ofisi İstanbulda olan bir şirkət qurduqlarını, 1988-ci ildə həcc vəzifəsini yerinə yetirdikdən sonra da müxtəlif vəqf, dərnək və təşkilatlardan gələn kəslərə yardımlar etdiklərini ifadəsində açıqlayıb.


O dövrlərdə yavaş yavaş FETÖ qruplaşmasına daxil olduğunu vurğulayan A.D, bu təşkilatın içinə girən şəxslərin ilk olaraq həftədə bir də söhbətlərə çağırıldığını bildirib: "O dövrdə qruplaşma içərisində təcrübəli şəxslər Risləyi Nuru oxuyaraq şərh edirdilər. Lakin bir müddət sonra artıq risalə oxumaq əvəzinə təşkilat lideri Fətullah Gülənin kasetləri və kitabları ön planda tutulmağa başlanmışdı. Bir müddət keçdikdən sonra hər yığıncaqda olduğu kimi kiçik kiçik qəzet və jurnal abunəçilərinin danışılmağa başlanırdı. Himmət ilə əlaqəli tələblər və öhdəliklər yığıncaqlarda bizdən alınırdı. Fətullah Gülən ABŞ-a getmədən əvvəl Altunizaddədə FEM Kurslarının ən üst mərtəbəsində yaşayırdı. Bura 5. -ci mərtəbə olduğu üçün Türkiyə və dünya daxilində FETÖ'nün bütün təşkilatlarının ən üst mərtəbələri bu şəkildə dizayn edilir. 8-ci və ya 10-cu mərtəbə belə olsa 5-ci mərtəbə adlanırdı".


"Məsələn, mən öz xaricimdə bu günün puluyla 50 min lirə himmət tapacağıma dair öhdəlik vermişəmsə və tapmasam, öz himmətimlə birlikdə bu 50 min lirəni də təşkilata vermək məcburiyyətindəyəm. Çünki nə qədər çox himmət versəniz  təşkilatda dəyəriniz o qədər çox artır. " deyə A.D qeyd edib.


Əsl məqsədlərinin pul toplamaq olduğunu vurğulayan A.D pullar verilməsə gələcək ay verilən himmətin miqdarının artdığına da diqqətə çatdıraraq bunu müasir faiz borcu olaraq xarakterizə edib.


Təşkilatın pul qazanmaq üçün insanların dini duyğularından istifadə etdiklərini qeyd edən A.D 17-25 dekabr əməliyyatlarından sonra seçkilərdə AKP qarşısında hansi siyasi partiya varsa ona səs verilməsini istəndiyini diqqətə çatdırıb.


A.D ifadəsində bildirib ki, təşkilatın Qaynaq Holdinqdəki rəsmi şəxsləri Naci Tosun və Mustafa Özcan olub.
 




Mənbə: Rasthaber Oxunub: 186 dəfə; Tarix: 2017-01-05 14:52:11
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında