Hakimlər Komitəsinin sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Belarus Futbol Federasiyasının Hakimlər Departamentinin keçmiş rəhbəri Andrey Jukova həbs olunub. 


Minsk Mərkəzi Məhkəməsi korrupsiyada ittiham olunan sabiq sədri 5 il müddətinə azadlıqdan məhrum edib.


A.Jukov əmlakı müsadirə olunmaqla, cəzasını ciddi rejimli koloniyada çəkəcək. O, 2014-cü ilin oktyabrından 2016-cı ilin iyununadək yüksək və I Liqa oyunlarına hakim təyinatı məsələlərini rüşvətlə həll edib. Araşdırmalar nəticəsində onun dəfələrlə rüşvət alması faktları üzə çıxıb. "Ənam"ın məbləği isə hər dəfə 100 - 200 dollar təşkil edib.


Qeyd edək ki, Andrey Jukov futbol fəaliyyətindən ömürlük məhrum olunub.  

 




Mənbə: Report Oxunub: 104 dəfə; Tarix: 2017-01-05 14:28:36
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında