Səudiyyə Ərəbistanı Yəməndə kütləvi qırğın silahlarından istifadə edir


Eastnews.org-un verdiyi xəbərə görə, Yəməndə müharibə cinayətləri üzrə komissiyanın üzvü Yusif Məcməl əl-Hazıri Səudiyyə Ərəbistanının hücumlarının davam etdiyini açıqlayıb.


"Yəmən xalqı 2017-ci ilə də 2016-cı il kimi başladı. Düşmənin hücumları eyni şəkildə davam edir. Buna qarşılıq olaraq xalq da əvvəlki kimi özünü müdafiə edir. Allahın yardımı ilə bütün cəbhələrdə qələbələrimizə şahid oluruq", - deyə doktor Yusif Məcməl əl-Hazıri diqqətə çatdırıb.


Doktor Yusif Məcməl əl-Hazıri Səudiyyə Ərəbistanının müharibə cinayətlərini törətdiyini də vurğulayıb.


"İşğalçılar Səada və Hiccə şəhərlərini salxım bombaları ilə bombalayır. Onlar ingilislərin aşkar dəstəyi ilə Nəcran, Əsir, Cizan, Nohom, Mərib, əl-Bəqi və Midi şəhərlərində kütləvi qırğın silahlarından istifadə edirlər", - deyə doktor Yusif Məcməl əl-Hazıri  qeyd edib.




Mənbə: Tasnim Oxunub: 109 dəfə; Tarix: 2017-01-05 12:55:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında