Pentaqondan İncirlik bazası açıqlaması


Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD əleyhinə koalisiyanın səlahiyyətlisi polkovnik Con Dorrian İncirlik bazasından aparılan əməliyyatlar sayəsində dünyanın daha etibarlı bir yer halına gəldiyini açıqlayıb.


ABŞ Müdafiə Nazirliyi Pentaqondakı mətbuat konfransında danışan Con Dorrian İncirlik bazasının koalisiyaya verdiyi imkanlar baxımından qiymətsiz olduğunu bildirib.


Dorrian İncirlik bazasının müttəfiq qüvvələrə dəstək olaraq kəşfiyyat və hava hücumlarının həyata keçirilməsində istifadə edildiyini vurğulayıb.


Türkiyənin Suriyanın şimalında etdiklərinin çox dəyərli olduğunu da qeyd edən ABŞ-lı səlahiyyətli Con Dorrian koalisiyanın əl-Babda Türkiyəyə dəstək verməsi üçün diplomatik danışıqların davam etdiyini də sözlərinə əlavə edib.




Mənbə: Sputnik Oxunub: 370 dəfə; Tarix: 2017-01-05 11:47:20
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında