Netanyahudan yaralı fələstinlini vuraraq öldürən İsrail əsgərinə dəstək


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Baş naziri Binyamin Netanyahu ittiham olunduğu hərbi məhkəmə tərəfindən adam öldürməkdə günahkar hesab olunan İsrail əsgəri Elor Azaria haqqında əfv qərarı qəbul olunması çağırışlarına dəstək verib.


Netanyahu sosial mediada paylaşdığı mesajında "Bu gün bizim üçün amansız və kədərli bir gündür, xüsusilə də Azaria və ailəsi başda olmaqla İsrailli əsgərlər və əsgər yaxınları üçün. Mən də onlardan biriyəm", - deyə qeyd edib. Binyamin Netanyahu "Elor Azaria üçün əfv qərarı verilməsini dəstəkləyirəm", - sözlərini vurğulayıb.


Dünən məhkəmə tərəfindən Azaria günahkar hesab edilmiş, lakin cəzanın açıqlanmasını növbəti iclasa təxirə salınmışdı.


Barəsində 20 ilə qədər həbs cəzası istənilən əsgərlə bağlı İsrail Prezidenti Reuven Rivlin əfv tələbi gələcəyi halda bunu araşdıracağını bildirmişdi.


Elor Azarianın İsrail işğalı altındakı İordan çayının qərb sahilindəki əl-Xəlil şəhərində yerdə hərəkətsiz yatan yaralı bir fələstinlini başından vuraraq öldürməsi fərqli reaksiyalara yol açmışdı.




Mənbə: Euronews Oxunub: 213 dəfə; Tarix: 2017-01-05 11:15:03
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında