Yəmənli qüvvələr Səudiyyə hərbi gəmisini vurdu


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanına aid bir hərbi gəmi bu gün Taiz vilayətinin Moha liman şəhəri sahillərində yəmənli qüvvələr tərəfindən raketlə vurulub.


Digər tərəfdən, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə qüvvələrinin Nəcran bölgəsinin cənub-qərbindəki bir hərbi bazaya hücumunu dəf edib.


Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının cənubundakı əməliyyatda bir amerikan tankını məhv edib və Səudiyyə qüvvələri böyük itki verib.


Bundan başqa, Yəmən qoşunları paytaxt Sənanın Nəhim bölgəsində onlarla muzdlu əsgəri öldürüb.


Səudiyyə hərbi təyyarələri də Səada və Ləhəc vilayətlərindəki yaşayış yerlərini dəfələrlə hədəfə alıb. Aviazərbələr zamanı yəmənlilərdən həyatını itirənlərin olduğu bildirilib. Ölənlərin sayı ilə bağlı isə məlumat verilməyib.


Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb. 




Mənbə: Press TV Oxunub: 924 dəfə; Tarix: 2017-01-04 21:56:23
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında