İsrail məhkəməsi iki fələstinli uşağa həbs cəzası verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İsraildə məhkəmə tərəfindən iki fələstinli azyaşlının hər birinə 2 il həbs cəzası verildiyi bildirilib.


Fələstin Əsirlər Cəmiyyəti vəkili Məhəmməd Mahmud verdiyi yazılı açıqlamada İsrail Mərkəzi Məhkəməsinin 13 yaşlı Şadi Fərah ilə həmyaşıdı Əhməd əz-Zaterini iki il həbs cəzasına məhkum etdiyini bildirib.


Mahmud iki uşağın həbsxanada keçirdiyi bir ilin cəza müddətindən sayılmadığını, verilən iki il həbs cəzasının başlanğıc tarixinin 29 noyabr 2016-cı il olduğunu, bununla da onlara 3 il həbs cəzası verildiyini qeyd edib.


İsrail qüvvələri fələstinli iki uşağı "bıçaqlamaya cəhd göstərdikləri" iddiası ilə 2015-ci ilin noyabrında həbs etmişdi.




Mənbə: AA Oxunub: 146 dəfə; Tarix: 2017-01-04 20:35:08
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında