İsrail qüvvələri 25 fələstinlini nəzarətə götürdü


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail əsgərlərinin İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində 25 fələstinlinin nəzarətə götürüldüyü bildirilib.


İsrail ordusundan verilən yazılı açıqlamaya görə, İordan çayının qərb sahilinin Cənin, Tulkərəm, Rəmallah, Beytullahim və əl-Xəlil şəhərlərində 25 fələstinli İsrail əsgərləri tərəfindən saxlanılıb.


Saxlanılanlardan 9-nun HƏMAS üzvü olduğu iddia edilən açıqlamada Cənində 3 ov tüfəngi və sursat ələ keçirildiyi qeyd edilib.


İsrail qüvvələri müxtəlif əsaslarla demək olar ki, hər gün fələstinlilərə qarşı əməliyyatlar keçirir.


Fələstin orqanlarının məlumatlarına görə, İsraildəki həbsxanalarda təxminən 7 min fələstinli var.




Mənbə: AA Oxunub: 126 dəfə; Tarix: 2017-01-04 16:55:19
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında