Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD-ə qoşulmaq təklif olunub


Eastnews.org-un verdiyi xəbərə görə, Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub.


Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib. 


O.Əhmədov təklifdən imtina edib və dərhal  DİN-nin "102" zəng mərkəzinə məlumat verib. 


O, daha sonra Suraxanı RPİ-yə ərizə yazaraq bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.


Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. 

 




Mənbə: Report Oxunub: 1386 dəfə; Tarix: 2017-01-04 15:56:32
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında