İran Türkmənistanı Beynəlxalq Məhkəməyə verir


Eastnews.org-un verdiyi xəbərə görə, Türkmənistan Xarici İşlər Nazirliyinin İrandan qaz ixracı dayandırmaq qərarına dair yaydığı anonsdan sonra İran Milli Qaz Şirkəti 2017-ci ilin 3 yanvar tarixində Türkmənistana qarşı Beynəlxalq Mülki Məhkəmədə iddia qaldıracağını bildirib.


Həmin yazılı açıqlamada bu sözlərə yer verilib:


İran son illərdə əvvəlki və mövcud borclarının bir qismini Türkmən Qaz Şirkətinə fərqli üsullarla ödəyib.


Türkmənistanın iddia etdiyi borclar sanksiya dövrünə aiddir. O dövrlərdə birbaşa ödəmə imkanı olmadığından həmin borclar qarşılıqlı müqavilə çərçivəsində məhsul ixracı və xidmət şəklində Türkmən Qaz Şirkətinə ödənilib.


İran Milli Qaz Şirkətinə görə, bu problemin həlli yolu yalnız qarşılıqlı müzakirədir. Ancaq saatlarla davam edən qarşılıqlı müzakirələrdən sonra hər hansı bir nəticə əldə edilmədiyinə görə Beynəlxalq Mülki Məhkəməsinə müraciət bu şirkətin gündəmindədir.


Türkmənistan Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülən hüquqi və maliyyə münaqişələr yalnız  İran Milli Qaz Şirkəti və Türkmən Qaz Şirkətinin problemidir. Buna görə də Türkmənistan Xarici İşlər Nazirliyinin bu məsələyə müdaxilə etməsi qaz konvensiyasına ziddir.

 

 




Mənbə: Mehr Oxunub: 216 dəfə; Tarix: 2017-01-04 12:20:41
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında