"Səudiyyə Ərəbistanı qətliamlarda İsrailin etdiklərini təkrarlayır"


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın siyasi şərhçilərindən olan Mark Qlen Səudiyyə Ərəbistanı ilə işğalçı İsrail rejimi arasındakı münasibətlər barədə açıqlamalar verib.


Səudiyyə Ərəbistanını sərt tənqid edən Mark Qlen mövzu ilə bağlı bunları deyib: "Səudiyyə rejimi İsrail və qərb dövlətləri ilə münasibətlərini gücləndirdikdən sonra müharibə başlatmaq və məsum insanları öldürmək barədə özünəməxsus mövqeyə sahib oldu. Səudiyyə rejimi məsum insanları öldürməkdə İsrailin etdiklərini təkrarlayır".


İranda baş verən İslam İnqilabına da toxunan Mark Qlen, Yəmənə hücumun pərdəarxasında bu səbəbin olduğunu açıqlayıb.


"Qərb, İsrail və ABŞ Yəməndə inqilab olacağından qorxduqları üçün Səudiyyə Ərəbistanını Yəmənə hücum etdirdilər. Yəmən münaqişəsinin ən böyük səbəblərindən biri budur", deyə Mark Qlen qeyd edib.




Mənbə: Tasnim Oxunub: 107 dəfə; Tarix: 2017-01-04 11:19:59
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında