Filippində həbsxanaya silahlı hücum; 130 məhbus qaçdı


Eastnews.org-un verdiyi xəbərə görə, Filippinin cənubundakı Cotabato bölgəsində təxminən 100 silahlı şəxs həbsxanaya hücum edərək 130 dustağın qaçmasına şərait yaradıb.


Həbsxanaya hücum edən silahlı adamlarla həbsxana təhlükəsizlik xidməti arasında təxminən iki saatlıq qarşıdurma zamanı çox sayda məhkumun qaçdığı bildirilib.


Filippin hökuməti silahlı hücumun Moro İslam Qurtuluş Cəbhəsi adlı təşkilatdan ayrılan terrorçuların qurduğu yeni bir təşkilat tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.


Yerli televiziya kanalı ABS CBN-ə danışan həbsxana müdiri Piter Con Bonqqat "Həbsdəki terrorçuları azad etmək üçün hücum etdilər", - deyib.


Hücum günün ilk saatlarında baş tutub.


Filippin ordusu və polisi həm qaçan məhkumları, həm də hücumu təşkil edən silahlıları tutmaq üçün əməliyyatlara başlaıb.




Mənbə: BBC Oxunub: 149 dəfə; Tarix: 2017-01-04 10:15:55
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında