Həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb


Eastnews.org-un verdiyi xəbərə görə,Filippinin Kotabato əyalətində bir qrup naməlum şəxsin həbsxanaya silahlı hücumu zamanı ən azı 132 dustaq qaçmağa müvəffəq olub.


Bu barədə həbsxana əməkdaşına istinadən "Sinxua" məlumat yayıb.


Onun məlumatına görə, hücum edən şəxslər mühafizəçilərə atəş açıblar və nəticədə penitensiar müəssisənin bir əməkdaşı ölüb, daha biri yaralanıb.


"Hücum yaxşı planlaşdırılmış olub, qaçanlar mələfədən istifadə ediblər. Hazırda onların axtarışı üzrə əməliyyat aparılır", - deyə agentlik həbsxana əməkdaşının sözlərini sitat gətirib.




Mənbə: Report.az Oxunub: 192 dəfə; Tarix: 2017-01-04 08:29:02
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında