Erməni deputat: "Biz millət kimi dərin quyunun içindəyik"


Eastnews.org-un verdiyi xəbərə görə, “Orinats yerkir” fraksiyasının sədri "Erməni intibahı" Partiyasının liderlərindən biri Eqina Bişariyan "2016-cı il geriyə addım idi. Ermənistan hökuməti ölkəyə nəfəs almaq imkanı vermək üçün otuzdan artıq kredit götürüb", deyə bildirib.

 

"Təbii ki, 2017-ci il bundan yaxşı olmayacaq, əksinə, bu ilə biz böyük yüklə daxil oluruq. Bu o deməkdir ki, bu il geriyə addım nöqteyi-nəzərindən ötən ildən də geri qalmayacaq" -  o qeyd edib. 

 

E.Bişaryan xatırladıb ki, Ermənistan parlamentinin son iclasında büdcə kəsirini tamamlayacaq 180 mln. ABŞ dolları dəyərində üç kredit sazişinin layihələri qəbul edilib: "Biz millət olaraq dərin quyunun içindəyik. Ermənistan hökumətinin vədlərinə baxmayaraq, hər hansı bir ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Mən bu vəziyyədən çıxış üçün heç bir zəmin görmürəm. Biz böyük məbləğdə kreditlər götürmüşük, bundan əlavə, xarici borcu ödəmək üçün ildə büdcədən 115 mlrd. ödəməli olacağıq". 




Mənbə: Trend Oxunub: 181 dəfə; Tarix: 2017-01-03 17:16:11
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında