Koalisiya qüvvələri tərəfindən 188 dinc sakin öldürülüb


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəhbərliyi altında İŞİD ilə mübarizə çərçivəsində yaradılan Təbii Qətiyyət Əməliyyatı Birgə Xidmət Qüvvələri (CJTF-OIR) koalisiya hücumlarının başlanğıcından bu yana İraq və Suriyada 188 dinc sakinin səhvən öldürüldüyünü açıqlayıb.


CJTF-OIR-dan verilən açıqlamada noyabr ayında İraq və Suriyadakı mülki itkilərə dair alınan 16 hesabatın 5-nin etibarlı sübutlara əsaslandığı qeyd edilərək, 6 noyabrda İraqın Şəhid-Yunus əs-Sab, 26 və 29 noyabrda Mosul, 21 noyabrda Suriyanın Səlahiyə və 26 noyabrda Raqqadakı hava hücumlarında 15 mülki vətəndaşın öldürüldüyü bildirilib.


Açıqlamada koalisiya hücumlarının başlamasından bu günə qədər əldə edilən göstəricilərin qiymətləndirilməsi nəticəsində azı 188 vətəndaşın həyatını itirdiyi qənaətinə gəlindiyi vurğulanıb. CJTF-OIR qüvvələrinin İraq və Suriyada İŞİD-in aradan qaldırılması işləri zamanı qəsdən olmayan mülki vətəndaş itkilərinə görə böyük üzüntü duyduğu və həyatını itirənlərin ailələrinə ən dərin başsağlığı verdiyi diqqətə çatdırılıb.


ABŞ-ın rəhbərliyi ilə 60 ölkənin iştirak etdiyi beynəlxalq koalisiyanın hava hücumları İŞİD-ə qarşı 2014-cü ildən bu yana davam edir. Bu hücumlar BMT TŞ və ya Suriya Prezidenti Bəşər Əsəd tərəfindən qəbul olunmayıb.




Mənbə: Sputnik Oxunub: 202 dəfə; Tarix: 2017-01-03 17:00:50
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında