Donald Trampdan Şimali Koreyayla bağlı açıqlama - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp "Twitter" hesabından verdiyi açıqlamada həm Şimali Koreyaya, həm də Çinə qarşı sərt sözlər istifadə edib.


Şimali Koreyanın qitələrarası raket sınağına dair açıqlama verən Tramp "Şimali Koreya ABŞ-ın bir hissəsinə çata biləcək nüvə silahını inkişaf etdirməyin yekun mərhələsində olduğunu açıqlayıb. Bu olmayacaq", - deyə qeyd edib.


Tramp bir sonrakı tvitində isə "Çin ABŞ-dan tək tərəfli ticarət ilə çox miqdarda pul və sərvət çıxarır, ancaq Şimali Koreya məsələsində yardımçı olmur", - sözləri ilə Pekinə olan reaksiyasını diqqətə çatdırıb.


Çin Xarici İşlər Nazirliyi rəsmisi Donald Trampın iddiasına "Çin Koreya adasının nüvədən təmizlənilməsi üçün böyük göstərir", - cavabını verib.


Şimali Koreya dövlət başçısı Kim Çen İnin bazar günü dövlət televiziyasından yayımlanan yeni il təbrikində ölkəsinin nüvə başlıqları da daşıya bilən uzaq mənzilli raketləri sınaqdan keçirməyə çox yaxın olduğunu bildirmişdi.



http://tr.euronews.com/2017/01/03/donald-trump-kuzey-kore-ye-sert-cikti


Mənbə: Euronews Oxunub: 309 dəfə; Tarix: 2017-01-03 16:22:31
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında