"Əsl qətliam Yəməndədir. Yəmən üçün təcili səfərbər olmaq lazımdır" - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyənin rəhbərliyi altındakı koalisiyanın hava hücumlarına məruz qalan yəmənlilərin insanlıq dramı ilə bağlı hesabat aparan İnsan Hüquqları Təşkilatının sədri Mehmet Qaradağ məzhəbçi qayğıların, siyasi hesabların bir tərəfə qoyulmalı və təcili Yəmənə əl uzadılmalı olduğunu söyləyib.


17 və 18-ci əsrlərdə imperialist siyasətlərlə, xüsusilə Afrika, Yaxın Şərq və Uzaq Şərqdə bir çox ölkənin müstəmləkə halına gətirildiyini qeyd edən Qaradağ "Buraların yeraltı və yerüstü sərvətlərinin talan edilərək Qərbə ötürülməsi məlum olan bir həqiqətdir. Bu vəziyyət həddindən artıq ədalətsizlik ortaya çıxarıb. Bu mənada aclıqla mübarizə aparan onlarla ölkə saymaq olar. Bu ölkələrin çoxu İslam coğrafiyasında yer alır. Çox kasıb ölkə olan Yəmən də bu ölkələrdən biridir. 20 milyon olan əhalinin yarısından çoxu yardıma möhtac vəziyyətdədir, hətta aclıq sərhədində olan bir əhaliyə malikdir. Xüsusilə mənbələri kifayət qədər olmayan ölkənin iqtisadi quruluşu müharibə ilə daha da faciəvi dərəcəyə çatıb".


"Yəməndəki insani dramı heç kim görmür"


Yəməndəki fitnə qazanından nəticə kimi açıq müharibənin olduğunu vurğulayan Qaradağ sözlərinə belə davam edib: "Bu toqquşma zamanı prosesdə və müharibədə milyonlarla insan qaçqın vəziyyətinə düşüb, bir çox adam da aclıq həddinə çatıb. Xüsusilə uşaqlar qeyri-kafi qidalanmadan qaynaqlanan xəstəliklərlə ölümlə qarşı-qarşıya qalırlar. BMT-nin verdiyi açıqlamaya görə, hər 10 dəqiqədə demək olar ki, bir uşaq həyatını itirir və bu da çox faciəvi bir vəziyyətə işarə edir. Əlbəttə vəziyyət təkcə bundan ibarət deyil. Ölkənin infrastrukturu məhv olub, içməli suyun tapılmaması adi hala çevrilib. Bu da yoluxucu xəstəliklərin artmasına səbəb olub. Təəssüf ki, bu insani dramı dünya ictimaiyyəti görmür".


"Yəmən xalqı İslam ümmətinin çox dəyərli bir hissəsidir"


Yəmən hadisələrinin kifayət qədər gündəmə gəlmədiyini vurğulayan Qaradağ "Yəməndə yaşanan Humanitar böhran istər ölkəmizdə, istərsə də dünya ictimaiyyətində kifayət qədər gündəmə gəlməyib. Təcili şəkildə bu humanitar böhran ictimaiyyətə çatdırılmalıdır. Bu məsələyə qeyri-hökumət təşkilatları, insan haqları təşkilatları və hər kəs daxil münasibət bildirməlidir. Məzhəbçi yanaşmalar, siyasi hesabatlar bir tərəfə qoyulmalı və təcili olaraq Yəmənə əl uzadılmalıdır. Yəmən bu İslam ümmətinin çox dəyərli bir hissəsidir. Dərhal oradakı müharibənin sona çatması üçün nə lazımdırsa edilməlidir", - deyə qeyd edib.


"Müsəlmanların bir-biri ilə müharibəsindən qazanclı çıxan yalnız imperialist ölkələrdir. Suriyada da eyni şeylər baş verir".


Hələblə bağlı həssaslığın yarandığını qeyd edən Qaradağ "Amma Yəmənlə bağlı bu həssaslığın mövcud olduğunu söyləyə bilmərik təəssüf ki. Birləşmiş Millətlər Təşkilatı deyə bir qurum var, dünyanın ən böyük təşkilatıdır. Həmçinin BMT-nin tərkibində onlarla təşkilat var. UNİCEF (Birləşmiş Millətlər Beynəlxalq Uşaqlara Təcili Yardım Fondu) qurulub, amma Yəmənə edilən yardımlar dəvədə qulaq misalı kimidir. Beynəlxalq təşkilatların bu funksiyanı kifayət qədər yerinə yetirmədiyini hamımız bilirik. Sadəcə Yəməndə deyil, daha əvvəlki təcrübələrində də görmüşük. O zaman məsuliyyət bizə qalır. İslami yardım təşkilatları, dövlətlər, hətta İslam ölkələrinin müştərək olaraq təşkil etdiyi beynəlxalq təşkilatlar hərəkətə keçməlidir", - sözlərini dilə gətirib.




Mənbə: Tasnim Oxunub: 2598 dəfə; Tarix: 2017-01-03 16:10:07
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında