Moqadişo beynəlxalq hava limanı yaxınlığında iki partlayış - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişuda yerləşən beynəlxalq hava limanı yaxınlığındakı təhlükəsizlik məntəqəsində müəyyən intervalla iki partlayış baş verib.


Polis rəsmiləri kamikadzenin avtomobillə yaxınlaşdığı nəzarət nöqtəsində həyata keçirdiyi hücumda ilkin versiyalara görə, 3 nəfərin həyatını itirdiyini açıqlayıb.


Polis rəsmisi Məhəmməd Hüseyn verdiyi açıqlamada Moqadişo beynəlxalq hava limanı yaxınlığındakı təhlükəsizlik məntəqəsində axtarış zamanı bir avtomobilin partladığını bildirib. 3 nəfərin hadisə yerində həyatını itirdiyi və çox sayda yaralı olduğu, nəzarət nöqtəsinə yaxınlaşan avtomobilin partlayıcı ilə yükləndiyi qeyd edilib.


Bir müddət sonra eyni yerdə ikinci partlayış baş verib. Bununla yanaşı, atışma səslərinin eşidildiyi bildirilib.


Afrika İttifaqının Sülhü Qoruma Missiyası və BMT qərargahıyla yanaşı, əsasən xarici missionerlərin qaldığı "Peace" oteli yaxınlığında meydana gələn partlayışın ətrafdakı bir çox binada dağıntıya yol açdığını qeyd edilib.


Hücumun üzərindən təxminən bir saat keçdikdən sonra "Əl-Qaidə" əlaqəli terror təşkilatı "Əş-Şebab"ın hücumun məsuliyyətini üzərinə götürdüyü açıqlanıb.




Mənbə: Sputnik Oxunub: 210 dəfə; Tarix: 2017-01-03 12:47:21
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında