ABŞ Körfəz ölkələrinə 2 ayda 40 milyard dollarlıq silah satıb - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyinin Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son 2 ayda 40.8 milyard dollarlıq silah satışını təsdiq etdiyi açıqlanıb.


ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən əldə edilən məlumatlara görə, Qətər 21 milyard 881 milyon dollarla noyabr və dekabr aylarında ABŞ-dan ən çox silah satın alan ölkə olub.


Qətərin 17 noyabrda 21 milyard 100 milyon dollar dəyərində 72 çox funksiyalı "Boeing" F-15QA tipli hərbi təyyarəni sursat paketi ilə satın aldığı bildirilib. Bundan başqa, Qətərin hazırda 4 ədəd olan Boeing şirkətinə ötən il 4 ədəd daha sifariş etdiyi C-17 tipli hərbi ixraca təyyarə üçün 8 ehtiyat mühərrik, müvafiq avadanlıq və maddi-texniki dəstək üçün də 781 milyard dollar ödədiyi məlum olub.


QƏTƏRİ 11 MİLYARD 837 MİLYON DOLLARLA KÜVEYT TƏQİB ETDİ
Noyabr ayında 10 milyard 100 milyon dollar dəyərində "Boeing" F/A-18 Super Hornet tipli 28 təyyarə almaq tələbindən sonra Küveytin dekabr ayında da 1.7 milyard dollar dəyərində 218 M1A2 "Abrams" tankını əlaqəli avadanlıqla satın alma tələbinin ABŞ Xarici İşlər Nazirliyi tərəfindən təsdiq etdiyi qeyd olunub.


Küveytin dekabr ayında bundan başqa, 37 milyon dollar dəyərində birləşmiş birbaşa sursat quyruq komandası adı verilən "kor bombalara" nəzarət edən cihazlardan 1250 ədəd satın aldığı bildirilib.


SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ BƏƏ VERTOLYOTA PUL XƏRCLƏDİ
Agentliyin göstəricilərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yaxın dəyərlərdə nəqliyyat və hücum vertolyotu satın aldığı görülüb.


Səudiyyə Ərəbistanının 3 milyard 500 milyon dollar dəyərində 48 CH-47F Chinook nəqliyyat vertolyotu tələbi Xarici İşlər Nazirliyi tərəfindən 7 dekabrda qəbul olunub. Xarici İşlər Nazirliyi eyni tarixdə Birləşmiş Ərəb Əmirliklərinə də 3 milyard 510 milyon dəyərində 28 Apache AH-64 tipli hücum vertolyotunun satışına razılıq verib.


ABŞ bu ölkələrə ilin ikinci yarısı 2 milyard dollar həcmində hərbi ləvazimat və silah satıb.


Xarici İşlər Nazirliyinin təsdiq etdiyi bütün silah satışları Konqres tərəfindən yoxlanıb təsdiq olunduqdan sonra həyata keçir.


KÖRFƏZ ÖLKƏLƏRİ ALINAN SİLAHLARLA MİNLƏRLƏ MÜLKİ VƏTƏNDAŞI QƏTLƏ YETİRİR
Beləliklə, ABŞ-ın Səudiyyə Ərəbistanı başda olmaqla silah satdığı Körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdikləri müdaxiləylə minlərlə mülki vətəndaşı öldürdükləri məlum olur.


Birləşmiş Millətlər Təşkilatı tərəfindən açıqlanan rəqəmlər Səudiyyə rəhbərliyindəki müdaxilədə əksəriyyəti mülki vətəndaş olmaqla 10 mindən çox adamın həyatını itirdiyini göstərir.


Həyata keçirilən hərbi müdaxiləylə Yəməndə humanitar böhran baş verməyə başladığı da məlumdur.




Mənbə: Sputnik Oxunub: 383 dəfə; Tarix: 2017-01-03 12:16:19
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında