Netanyahu korrupsiya istintaqı çərçivəsində polisə 3 saat ifadə verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Baş naziri Binyamin Netanyahunun haqqında açılan korrupsiya istintaqı çərçivəsində polisə 3 saat ifadə verdiyi bildirilib.


Qüdsün qərbindəki evinə dünən axşam gələn polislər Binyamin Netanyahuya rüşvət aldığı istiqamətindəki iddialarla bağlı suallar ünvanlayıb. İsrail polis təşkilatında korrupsiya cinayətlərilə mübarizə məqsədilə qurulan "Lahav 433" orqanından gələn polislərin Netanyahudan ifadə almasının 3 saat davam etdiyi bildirilib.


İsrail polisindən verilən açıqlamada "İsrail polisi iş adamlarından hədiyyələr qəbul etməkdə şübhəli bilinən Baş nazir Binyamin Netanyahunun ifadəsini alıb. Baş nazirin Qüdsdəki evində baş tutan sorğu-sual 3 saat davam edib. Bu mərhələdə daha çox məlumat verməyimiz mümkün deyil", - sözlərinə yer verilib.




Mənbə: AA Oxunub: 243 dəfə; Tarix: 2017-01-03 10:45:25
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında