Türkmənistan İrana təbii qaz ixracını dayandırıb


Eastnews.org-un verdiyi xəbərə görə,Türkmənistan İrana təbii qaz ixracını dayandırıb.

 

Bu barədə İranın Dövlət Neft-Qaz Şirkəti (NIGC) məlumat yayıb.

 

Məlumata görə, türkmən qazının tədarükü yanvarın 1-dən dayandırılıb.

 

İran Türkmənistandan ildə 700 milyon kubmetr qaz alırdı ki, bu da ölkənin şimal əhalisinin tələbatını ödəyirdi.

 

NIGC Aşqabadın qərarının İranın şimal rayonlarında soyuq havaların düşməsi dövrünə təsadüf etdiyinə diqqət çəkib.

 

Tehran hazırda qaz kəsirini öz ehtiyatları hesabına doldurmaq niyyətindədir.

 

Türkmənistan tərəfi bu qərarını Tehranın qazın qiymət fərqini ödəmək istəməməsi ilə əsaslandırır, İran isə Aşqabada borcunun olmadığını bəyan edir.




Mənbə: Report Oxunub: 301 dəfə; Tarix: 2017-01-02 15:21:16
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında