Bəhreyndə həbsxanaya silahlı hücum


Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyndə həbsxanaya təşkil olunan silahlı hücumda 1 polis həyatını itirib, 10 məhbus isə həbsxanadan qaçıb.


Bəhreyn Daxili İşlər Nazirliyinin internet saytından verilən məlumata görə, ölkənin cənubundakı Ceo həbsxanasına silahlı hücum təşkil olunub. Meydana gələn qarşıdurmada Əbdüssəlam Seyf Əhməd adlı polis həyatını itirib. Hadisədə 1 polis də yaralanıb. Toqquşma zamanı terrorçuluqda günahlandırılan 10 məhbus həbsxanadan qaçıb.


Daxili işlər naziri Şeyx Raşid ibn Abdullah hücumun araşdırılması üçün araşdırma komitəsi yaradılması göstərişi verib.




Mənbə: AA Oxunub: 237 dəfə; Tarix: 2017-01-02 11:08:01
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında