Əfqanıstanda şiə məscidinə terror hücumu təşkil edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın qərbindəki Herat vilayətində hezari şiə müsəlmanların getdiyi məscidə qarşı terror hücum təşkil olunub.


Herat vilayət rəhbərliyi səlahiyyətlisi Ceylani Fərhad hadisəylə bağlı verdiyi açıqlamada Heratın 7-ci bölgəsindəki "İmam Baqir" məscidinin mehrabına yerləşdirilən bombanın axşam namazı zamanı pultla partladıldığını bildirib.


Hücumda 6 adamın yaralandığını qeyd edən Fərhad yaralılardan birinin vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb.


Hücumun məsuliyyətini hələ heç bir təşkilat öz üzərinə götürməyib.




Mənbə: AA Oxunub: 652 dəfə; Tarix: 2017-01-02 10:51:16
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında