Deputat evində vurularaq öldürüldü


Eastnews.org-un verdiyi xəbərə görə, Banqladeşdə hakim partiyadan olan deputat Manzurul İslam Liton evində vurularaq öldürülüb.


Yerli polis rəisi Atiar Rəhman Baş nazir Şeyx Hasina Vecidin "Avami Liqası Partiyası"ndan olan deputat Litonun Qaibandhadakı evində vurularaq öldürüldüyünü bildirib.


Ailə üzvlərinin polisə verdiyi ifadəni diqətə çatdıran Rəhman evə gələn motosikletli 4 nəfərin yaxın məsafədən Litonu vurub qaçdığını qeyd edib.


"Avami Liqası Partiyası"nın baş katibi Obaidul Quader jurnalistlərə verdiyi açıqlamada Litona təşkil olunan hücumun "planlaşdırılmış bir cinayət" olduğunu və "məzhəbçi qüvvələrin qorxaq əməli" kimi göründüyünü irəli sürüb.


Litonun öldüyü həkimlər tərəfindən təsdiq olunub. Polis hadisənin təfərrüatına dair daha çox məlumat verməyib.




Mənbə: Sputnik Oxunub: 612 dəfə; Tarix: 2017-01-02 10:40:54
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında