İndoneziyada 247 nəfəri daşıyan gəmidə yanğın baş verdi; 23 ölü


Eastnews.org-un verdiyi xəbərə görə, İndoneziyanın paytaxtı Cakartadan 247 nəfər sərnişinlə Tidunq adasına hərəkət edən gəminin alovlanması nəticəsində azı 23 nəfər həyatını itirib.


Milli Axtarış və Xilasetmə Qurumu (BASARNAS) Cakarta direktoru Hendra Sudirman verdiyi açıqlamada Cakartadan Tidunq adasına hərəkət edən sərnişin gəmisinin alovlanaraq yanması nəticəsində 23 nəfərin öldüyünü açıqlayıb.


Axtarış işlərinin davam etdiyini bildirən Sudirman "Axtarış-xilasetmə işləri nəticəsində 194 sərnişin xilas edilib, 23 cəsəd tapılıb. İtkin düşən sərnişinləri axtarma işlərimiz davam edir", - deyə qeyd edib.


Yeni il tətili üçün Tidunq adasına getmək istəyən sərnişinləri daşıyan gəminin yerli vaxtla 08:46-da alovlandığı bildirilib.




Mənbə: AA Oxunub: 349 dəfə; Tarix: 2017-01-01 15:23:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında