Səudiyyə təyyarələri Yəmənə aviazərbələr endirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin ötən gün Yəmənin Haccə əyalətinə endirdiyi aviazərbələr nəticəsində 2 nəfər həyatını itirib.


Hərbi təyyarələr Haccənin Hayra qəsəbəsindəki iki neft tankerini hədəfə alıb. Aviazərbələr 7 nəfərin də yaralanmasına səbəb olub.


Bundan başqa, Səudiyyə təyyarələri ötən gün ölkənin qərbində yerləşən əl-Hadidə bölgəsində bəzi yerləri hədəf alıb. Hava hücumunun insan tələfatı və dağıntılara səbəb olduğu bildirilib.


Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.

 




Mənbə: Al Masirah Oxunub: 358 dəfə; Tarix: 2017-01-01 12:45:01
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında