Misir məhkəməsi iki adanın Səudiyəyə verməsini qanuni saydı


Eastnews.org-un verdiyi xəbərə görə,Qahirə Apelyasiya Məhkəməsi Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədinin demarkasiyasının qanuniliyi ilə bağlı qərardan apelyasiya şikayəti verilməsinin dayandırılması barədə qərar çıxarıb. Bununla da Misir və Səudiyyə Ərəbistanı arasında müqavilə legitim sayılıb.
 
Qeyd edək ki, iki gün əvvəl dəniz sərhədinin demarkasiyası ilə bağlı Misir hökuməti Ər-Riyadla imzalanmış müqaviləni bəyənib və təsdiq edilməsi üçün parlamentə göndərib.
 
Xatırladaq ki, bu il aprelin əvvəlində Misir və Səudiyyə Ərəbistanı iki dövlət arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Qırmızı dənizdə Misirin idarəetməsində olan mübahisəli Tiran və Sanafir adaları Ər-Riyadın yurisdiksiyasına keçib. Hər iki ölkənin hakimiyyəti bəyan edib ki, bu adaların Səudiyyə Ərəbistanına məxsus olub, 1950-ci ildə Ər-Riyadın xahişi ilə Misirin yurisdiksiyasına keçib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən  bu adalardan imtina etməsi Misirdə narazılığa yol açıb. Bununla bağlı etiraz xarakterli aksiyalar keçirilib, müqavilənin ləğvi ilə bağlı məhkəmələrə müraciətlər olub.




Mənbə: APA Oxunub: 169 dəfə; Tarix: 2016-12-31 20:27:14
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında