Karlovun qətlə yetirilməsi əmrini İsrail verib? - Təhlil


Eastnews.org-un verdiyi xəbərə görə, fransız analitik Tierri Meyssan "Voltairenet" qəzetində dərc olunan "Hələbin şərqindən sonra İdlibi azad etmək" başlıqlı məqaləsində Moskvanın Türkiyə və Qətəri öz tərəfinə çəkməsindən sonra  təlaşa qapılan rəsmi Təl-Əvivin Ankaradakı səfir qətlinin (red: Andrey Karlovun öldürülməsi) əmrini verdiyini iddia edir.


Əgər bu iddia doğrudursa, Suriyada problemin İran, Rusiya, Türkiyənin daxil olduğu birgə həll yoluna girmiş olması qarşısında İsrailin belə bir mövqedə olması vəziyyəti Rusiya ilə İsrail arasında çox ciddi ziddiyyətin olduğunu ortaya qoyur. Çünki İsrailin Avrasiya üzərində bir sıra planlarının olduğu bilinirdi. Rusiyanın Ankaradakı səfirinin öldürülməsində hansısa şəkildə payının ola biləcəyi ehtimalı belə İsrailin Qərbi Asiyada olduğu kimi Avrasiyada da qarşısının bağlı olduğunu göstərir. Beləliklə, İsrailin mövqeyinin getdikcə daha çox labirintə girdiyini söyləmək mümkündür.


Analitik Tierri Meyssanın yazısının tam mətni belədir:


Şərqi Hələbin azad edilməsi Suriya Ərəb Respublikasının devrilməsi təşəbbüsünün sonuna işarə edir. Bu ancaq Qətərin çəkilməsi və Türkiyənin qismən istiqamət dəyişdirməsi ilə mümkün ola bildi. NATO-nun xidmətindəki silahlıların işğalı altında olan Suriyanın yalnız bir hissə qaldı. Buna görə də gələcəkdəki hərbi qələbələr və müharibənin sona çatması Atlantika Alyansının üzvləri ilə başlayan gizli danışıqlardan asılı olacaq.


Şərqi Hələbin Suriya Ərəb Ordusu tərəfindən azad edilməsi ancaq bəzi xarici qüvvələrin terrorçuları dəstəkləməyə son verməyi qəbul etməsi ilə mümkün oldu. Bu qüvvələrin geri çəkilmələri məsələsi Suriya Ərəb Respublikası deyil, ancaq Rusiya Federasiyası tərəfindən müzakirə edilə bilər.


Moskva Qətəri yolundan döndərməyi və müttəfiqlərindən biri halına gətirməyi bacardı. Baş verən bu dönüş dekabr ayının əvvəlində Moskvanın "Rosneft"in kapitalının beşdə birini Dohaya satması ilə daha da irəlilədi. Rusiyanın iftixar mənbəyi "Rosneft" dünyanın ən böyük şirkətidir. İqor Seçin və Vladimir Putin sözdə Rusiyanın büdcə kəsirini bağlamaq səbəbilə bu satış əməliyyatını həyata keçirərək, dünyanın iki ən böyük qaz ixracatçısının enerji siyasətlərini ayrılmayacaq şəkildə birləşdirdi. Bundan sonra Qətər ötən ilin may ayından bu yana Brüsseldəki NATO mərkəzində bir daimi nümayəndəliyə malik olmasına baxmayaraq, silahlılarını yalnız buraxdı.


Digər hadisə isə Türkiyə ilə bağlıdır. Bu ölkə hər nə qədər dövlət olaraq NATO üzvü olmağı davam etdirsə də, Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən Vaşinqtonun rəqibi halına gəlib. Son parlament seçkilərindən bu yana sonuncusu 15 iyulda olmaq üzrə MKİ bu günə qədər onu dörd dəfə öldürməyə çalışıb. Beləliklə, rəsmi Moskva Türkiyəni ABŞ-dan ayırmaq üçün Ərdoğandan istifadə etməyə çalışır.


Çox mürəkkəb və bir qədər zaman alacaq da olsa, bu manevr Təl-Əvivi təlaşlandırıb və Ankarada səfir Andrey Karlovun öldürülməsi əmrini verməsinə yol açıb. Cinayət ABŞ-ın dördüncü ən böyük qəzeti və yəhudi lobbisinin ən sərt mətbu orqanı"New York Daily News" tərəfindən razılıqla qarşılanıb və qeyd olunub. Bəlkə də, eyni gün Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Bürosu müdiri Pyotr Polşikovun Moskvada güllələnərək, öldürülməsi əmrini də Təl-Əviv verib.


Moskva bir ara Karlovun qatilinin mühafizə polisliyini etdiyi Ərdoğanın ikili oyunu olduğunu düşündükdən sonra yəqin ki, onunla heç bir əlaqəsinin olmadığını müəyyən etdi. Bundan sonra Vladimir Putin Rusiya və xaricdəki nümayəndəliklərdə təhlükəsizlik tədbirlərini artırdı. Baş verən bu hadisə görünənin əksinə olaraq Prezident Ərdoğanın artıq ölkəsində vəziyyətə hakim olmadığını açıq şəkildə ortaya qoyur.


Şərqi Hələbdəki NATO-ya aid bir sığınacaqda əcnəbi zabitlərin yaxalanması münaqişənin gəldiyi nöqtəni nümayiş etdirir. Xüsusilə ingilis, amerikalı, fransız, səudiyyəli və türkiyəli vətəndaşlar müzakirə mövzusudur. Səfir Bəşər Cəfəri 14 adın yer aldığı qəti olmayan bir siyahını ictimaiyyətə açıqlayaraq, NATO-nu məsuliyyətini üzərinə götürməyə dəvət etdi. Bu addım 2012-ci ilin fevralında Baba Əmrdə İslam Əmirliyinin əhatə edilməsi zamanı Suriyanın Fransa və Türkiyə ilə qarşılıqlı müzakirəsində nəzərdə tutulandan daha çox fərqlidir. Dəməşq o vaxt 40-a yaxın türk və 20-yə yaxın fransız zabiti bağlı olduqları ordulara Livan sərhədində ya Mikayıl Fradkov (Rus kəşfiyyat xidmətinin sədri) vasitəsilə, ya da birbaşa admiral Eduard Qiyoya (Fransa Baş Qərargah rəisi) təhvil vermişdi. Ancaq Fransua Olland Nikola Sarkozi ilə əldə edilən razılaşmanı pozmuşdu.


Şərqi Hələbdə NATO sığınacağının varlığının ortaya çıxması silahlıların koordinasiyanın İzmirdə yerləşən NATO-ya bağlı "LandCom" tərəfindən təmin olunduğuna dair dediklərimizi təsdiqləyir. Halbuki, Atlantika Alyasının ən yüksək orqanı olan Şimali Atlantika Şurası bu əməliyyata heç vaxt razılıq verməyib. Vaşinqton 2011-ci ilin avqustundakı Tripoli (Liviya) hücumunda olduğu kimi, bəzi üzvlərindən xəbərsiz olaraq NATO imkanlarından istifadə etdi. Artıq ABŞ ətrafında daimi koalisiyanın olmadığı, yalnız Vaşinqtonun müəyyənləşdirdiyi hədəflərə görə yaradılan koalisiyalar olduğuna dair Ramsfeld doktrinasını həyata keçirir.


Suriyanın azad edilməsi prosesi İdlibdə davam etdirilməlidir. Bu vilayət bu gün ortaq idarəetmə altında hərəkət etməyən çox sayda terrorçu qrupun işğalı altındadır. Terrorçular özlərini və hətta dinc əhalini idarə etməkdə aciz olduqları üçün region sözdə QHT-lər vasitəsilə faktiki olaraq isə NATO tərəfindən idarə edilir. Ən azından ABŞ-lı bir qeyri-hökumət təşkilatının ötən ay etdiyi təsbit bu şəkildədir. Buradakı terrorçulara qalib gəlmək üçün ilk növbədə onların tədarük yollarının kəsilməli, yəni Türkiyə sərhədi bağlanmalıdır. Rusiya diplomatiyası bundan sonra bu məsələyə diqqət yetirəcək.




Mənbə: Voltairenet, Eastnews Oxunub: 878 dəfə; Tarix: 2016-12-30 14:36:10
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında