Minsk Qrupunun həmsədri Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirib


Eastnews.org-un verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar üzüldüyünü bildirib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

 

Onun sözlərinə görə, bu hadisə regionda uzunmüddətli sülhün yaradılmasına səbəb olacaq münaqişinən danışıqlar yolu ilə nizamlanması prosesinin irəlilədilməsinin əhəmiyyətini göstərir.

 

"Əvvəl də qeyd etdiyimiz kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur", - deyə C.Uorlik əlavə edib.

 

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

 

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

 

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür




Mənbə: Report Oxunub: 114 dəfə; Tarix: 2016-12-30 12:45:51
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında