ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Demokratlar və Respublikaçılar Partiyalarından olan bir sıra senatorlar Birləşmiş Ştatların seçki sisteminə müdaxilə və Suriya və Ukraynada münaqişələrlə əlaqədar 2017-ci ilin yanvar ayından Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklərinə söz veriblər.


"İcra hakimiyyəti tədbirlər görüb, amma hökumətin qanunverici qanadının da estafeti qəbul edib irəli addımlaması vacibdir. Qanunvericilik sanksiyaları icra hakimiyyətinin sanksiyalarını tamamlaya və gücləndirə bilər", - deyə Beynəlxalq Əlaqələr Komitəsinin demokrat üzvü Ben Kardin bildirib.


Öz növbəsində, Respublikaçı senator Con Makkeyn və onun partiya tərəfdaşı, Nümayəndələr Palatasının sədri Pol Rayan prezident Barak Obamanın sanksiyalarını gecikmiş hesab etdiklərini vurğulayıblar. C.Makkeyn bu addımların çoxdan vaxtının çatdığını və gələn il daha sərt məhdudiyyətlərin olacağını elan edib.


Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar haqqında sərəncam imzalayıb.

 




Mənbə: Report Oxunub: 166 dəfə; Tarix: 2016-12-30 12:38:10
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında