Bosniyalı səlahiyyətli: "İran mədəni baxımdan zəngin bir ölkədir"


Eastnews.org-un verdiyi xəbərə görə, Bosniya və Herseqovina parlamenti sədri Saffet Softiç İrana parlament nümayəndə heyəti ilə birgə etdiyi səfərdən sonra dünən İranın Bosniya və Herseqovinadakı səfiri Mahmud Heydəri ilə görüşüb. Softiç görüş zamanı İranın mədəni baxımdan zəngin bir ölkə, xalqının sevgi dolu və qonaqpərvər olduğunu bildirib.


İranın turistik şəhəri İsfahana etdiyi səfəri xatırlayan Saffet Softiç şəhərin turizm, mədəniyyət və tarixilik baxımdan zəngin dəyərə malik olduğunu qeyd edərək, bu əsərlərin açıq şəkildə İran xalqının mədəni zənginliyini göstərdiyini söyləyib.


Bosniyalı səlahiyyətli iki ölkə arasında siyasi və parlament səviyyəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, keçmişdə və bu gün iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına səbəb olacağını qeyd edib.


İran səfiri Mahmud Heydəri də ikitərəfli münasibətlərin inkişafının əhəmiyyətini qeyd edərək, İranın hər zaman Bosniya xalqının və hökumətinin yanında yer aldığını, bu siyasətini və dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.




Mənbə: IRNA Oxunub: 132 dəfə; Tarix: 2016-12-30 11:15:08
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında