Rusiyanın Ombudsmanı: "Ermənistan və Azərbaycan arasındakı münaqişədə hamı zərər çəkib"


"Ermənistan və Azərbaycan arasındakı münaqişədə yalnız azərbaycanlılar və ermənilər yox, hamı zərər çəkib".

 

Eastnews.org-un verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Ombudman) Tatyana Moskalkova Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

 

T.Moskalkova Azərbaycan və Rusiyanın Ombudsman aparatlarının dünən çətin şəraitə düşən insanlara yardım göstərilməsinə dair saziş imzaladıqlarını xatırladıb: "Həmçinin, Elmira Süleymanova hüquq müdafiəçilərinin müraciətini mənə verib. Onu diqqətlə öyrənəcəm. Bu məsələdə yeni forma və yollar axtaracağıq. Gənc nəslin nümayəndələrinin qəlblərinin amansızlaşmaması lazımdır. Kompromis əldə etmək, hamının sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin etmək üçün ağılla davranmaq lazımdır".




Mənbə: Report Oxunub: 129 dəfə; Tarix: 2016-12-29 17:19:52
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında